Gürcüstanda 21 nəfər koronavirus şübhəsi ilə xəstəxanadadır


Dünya 27 Fev 2020 20:31:14 129 0

Gürcüstanda 21 nəfər koronavirus şübhəsi ilə xəstəxanadadır

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə daha 11 şəxs yerləşdirilib.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə daha 11 şəxs yerləşdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilib ki, hazırda bu cür pasiyentlərin ümumi sayı 21 nəfər təşkil edir, 5şəxslə bağlı müvafiq yoxlama aparılıb və onlarda koronavirus təsdiq olunmayıb.

Digər pasiyentlərlə bağlı araşdırmaların nəticələri bu gün və ya sabah məlum olacaq.