“Səsin iyrəncdir, çox çirkinsən”


Şou-biznes 27 Fev 2020 19:57:00 147 0

“Səsin iyrəncdir, çox çirkinsən”

"Yasak elma" serialında rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial şəbəkədə etdiyi paylaşımı ilə gündəm yaradıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa İnstaqramda idman zalından fotosunu paylaşaraq haqqında yazılan müsbət və mənfi rəyləri şərh bölümündə qeyd edib.

O, şəklə "Çox arıqsan, "çox köksən", "çox çirkinsən", "çox gözəlsən", "yaxşı aktrisasan", "rollarını canlandıra bilmirsən", "səsin iyrəncdir", "albom təqdim etməlisən" sözlərini yazıb.

N.Cavadzadə paylaşımı ilə izləyicilərinə "hər kəs fərqli düşüncədədir" mesajını vermək istəyib.