Xatunla Rüfətin dueti erməni mahnısı imiş...


Şou-biznes 27 Fev 2020 19:34:00 164 0

Xatunla Rüfətin dueti erməni mahnısı imiş...

Müğənnilər Xatun Əliyeva və Rüfət Axundovun "Sənə qədər" adlı duetinin erməni ifaçılar Sona Sarkisyanla Ara Martirosyanın birgə ifa etdiyi "40 Градусов" mahnısının plagiatı olduğu üzə çıxıb.

Son.az axşam-a istinadən xəbər verir ki, Sonayla Aranın mahnısının sözləri erməni aparıcı və söz yazarı Avet Barsaqyana, musiqisi isə Ara Martirosyanın özünə aiddir. Rüfətlə Xatunun duetində isə musiqinin Pənah Eldara, sözlərin isə Sahilə adlı xanıma məxsus olduğu qeyd edilib.

Avet Barsaqyan - aparıcı və söz yazarı.

2018-ci ildə təqdim edilən və "Youtube"da 12 milyondan çox baxış sayı toplayan "40 Градусов"la "Sənə qədər" mahnısının sözlərində, musiqisində və aranjimanında oxşarlıqlar çoxdur.

Eyni xətt üzrə hərəkət edən mahnıların sözlərindəki oxşarlıqlar bunlardır:

"Sənə qədər" mahnısının girişindəki "Я твою любовь и грусть знаю наизусть. По глазам могу прочесть смех и ненависть. Сердце оставляет след, не размыть водой. Через сотни тысяч лет, всё равно с тобой" sözləri ilə  "Nə eşqdir, bu ürəyim baxmır sözümə. Addım - addım bir ömür düşüm izinə. Gözümün içinə bax, gülsün gözlərim. Baxışın silinmir inan əzbərimdən" sözləri, həmçinin, "В сердце 40 градусов а в душе жара" sözləri ilə "Əlinə toxunsam yanar ürəyim" hissələri də oxşardır.