Rusiya Niderlanda tanınmış müğənnini göndərir


Digərləri 27 Fev 2020 18:24:00 161 0

Rusiya Niderlanda tanınmış müğənnini göndərir

Rusiyanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək müğənninin kimliyi açıqlanıb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Niderland səhnəsində çıxış edəcək sənətçi Aleksandr Panayotovdur.

Əslən Ukraynadan olan 35 yaşlı Panayotovun ifa edəcəyi mahnının müəllifləri Mixail Qutseriyev, Vladimir Matetskiy və Leonid Qutkindir. Rus dilində səsləndiriləcək "Слез моих неудач" adlı bəstə martın 1-də tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, A. Panayatov Bakıda keçirilən "Jara" musiqi festivalında da iştirak edib.