Gürcüstan DİN: “Qırmızı körpü”də sərnişinlər intensiv müayinə olunurlar


Dünya 27 Fev 2020 16:32:40 202 0

Gürcüstan DİN: “Qırmızı körpü”də sərnişinlər intensiv müayinə olunurlar

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində sərnişinlərin intensiv tibbi müayinəsi həyata keçirilir.

Gürcüstanın Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində sərnişinlərin intensiv tibbi müayinəsi həyata keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, məntəqədə tibbi heyət daimi olaraq növbə çəkir.

Qonşu ölkənin digər sərhəd-keçid məntəqələri və Tbilisi, Kutaisi və Batumi hava limanlarında da tibbi müayinə gücləndirilib.

Məntəqələrdə sərnişinin sağlamlıq durumu ilkin qiymətləndirilir və müvafiq yoxlamalar aparılır. Ölkəyə daxil olanların səfər tarixçələrinə də xüsusi diqqət yetirilir. Zərurət yarandığı halda, tibbi briqada çağırılır və müvafiq prosedurlar həyata keçirilir.