Hotellərə verilən ulduzlar 3 il qüvvədə olacaq


Digərləri 27 Fev 2020 16:19:00 107 0

Hotellərə verilən ulduzlar 3 il qüvvədə olacaq

Ulduzlaşmadan keçən hotellərə 3 il ərzində qüvvədə olacaq sertifikat təqdim ediləcək.

Son.az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hotellər Assosiasiyasının ulduz təsnifatı üzrə meneceri Rəşad Niyazov bildirib.

Onun sözlərinə görə, həmin müddətdə "trustyou" proqramı vasitəsilə hotelin qonaqlarının rəyləri izləniləcək və bununla da hotelin müştərilərinin məmnunluq səviyyəsi müəyyən ediləcək. Müştəri məmnunluğu endikdə bu barədə hotelə xəbərdarlıq ediləcək. R.Niyazov əlavə edib ki, ulduzlaşma ilkin mərhələdə könüllü aparılacaq. Onun sözlərinə görə, hazırda Azərbaycan Hotellər Assosiasiyasının 80 üzvü var. Ilkin mərhələdə assosiasiyaya üzv olan hotellərin təsnifatlaşdırılması aparılacaq.

R.Niyazov assosiasiyaya üzv olan hotellərin yarıdan çoxunun Bakıda yerləşdiyini, onların arasında 3 ulduzlu hotellərin olduğunu da nəzərə çatdırıb.

R.Niyazov qeyd edib ki, ulduzlaşmanın aparılması məqsədilə maydan sənəd qəbuluna başlanacaq. Hotel ulduzlaşma üçün müraciət etdikdən sonra qarşılıqlı razılaşma əsasında tarix təyin ediləcək: