Yaponiyada koronavirusa görə məktəblər bağlanır


Dünya 27 Fev 2020 15:56:42 157 0

Yaponiyada koronavirusa görə məktəblər bağlanır

Yaponiyanın baş naziri Şinzo Abe koronavirusun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində ölkə boyu bütün məktəbləri müvəqqəti olaraq bağlamaq niyyətində olduqlarını bildirib.

© Mainichi

Yaponiyanın baş naziri Şinzo Abe koronavirusun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində ölkə boyu bütün məktəbləri müvəqqəti olaraq bağlamaq niyyətində olduqlarını bildirib.

“Report” “Kyodo”ya istinadən xəbər verir ki, məktəblər qarşıdakıbazar ertəsindən etibarən yaz tətilinin sonunadək bağlı olacaq.

Ölkənin Səhiyyə, Əmək vəRifah Nazirliyi bu qadağanıməktəbəqədər təhsil müəsssələrinə şamil etməməyi nəzərdə tutur.

Qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanlar 900 nəfərdənçoxdur, onların705 nəfəri “Diamond Prinsess” gəzinti gəmisində olanlardır. Ölkədə koronavirusdan ölənlərin sayı isə8 nəfərdir.