Öcalanın qaldığı həbsxananın yerləşdiyi


Dünya 27 Fev 2020 15:24:00 138 0

Öcalanın qaldığı həbsxananın yerləşdiyi

PKK terror təşkilatının lideri Abdullah Öcalanın qaldığı həbsxananın yerləşdiyi İmralı adasında meşə yanğını başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, meşə yanğını həbsxanadan aralıda qeydə alınıb, yanğın böyük ərazini əhatə etmir.

Onun sözlərinə görə, yanğının qısa müddət ərzində söndürülməsi istiqamətində iş aparılır.

Xatırladaq ki, 1999-cu ildə həbs edilən PKK terror təşkilatının lideri Abdullah Öcalan 21 ildir İmralı adasında yerləşən həbsxana saxlanılır. O, ömürlük azadlıqdan məhrum edilib. Həbsxanada PKK lideri ilə bərabər, 8 məhkum da var.