"2 266 tələbə köçürüləcək" Nazirlik


Digərləri 27 Fev 2020 14:40:00 157 0

"2 266 tələbə köçürüləcək"  Nazirlik

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Transfer.edu.az portalı vasitəsilə köçürülmək üçün ümumilikdə 3 083 nəfər müraciət edib.

Onlardan 2 266 nəfərin müraciəti müsbət cavablandırılıb.

Ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edən 2 668 nəfərdən 1 915 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən tələbələrdən 1 858-ni bakalavriatura, 17-ni magistratura səviyyəsi üzrə, 40-nı isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.