"Kurtlar Vadisi"ndə koronavirusla bağlı səhnə


Digərləri 27 Fev 2020 12:45:00 171 0

"Kurtlar Vadisi"ndə koronavirusla bağlı səhnə

2003-cü ildə Türkiyədə yayımlanan və Azərbaycanda da sevilərək izlənilən "Kurtlar Vadisi" serialında koronavirusla bağlı səhnə var.

Son.az xəbər verir ki, ekran işində Tuncay obrazını canlandıran şəxs Erdalla SARS virusu və maska biznesi barədə danışıb. O bildirib ki, Türkiyədə SARS virusu yayılıb xəbərini verməklə maska satışından milyonlarla gəlir əldə etmək olar.

Araşdırmalara görə, koronavirus Şiddətli Kəskin Respirator Sindromu (SARS) virusunun başqa bir versiyasıdır və yarasalardan insanlara keçdiyi iddia olunur.

Xatırladaq ki, 2002-2003-cü illərdə Çində SARS epidemiyasından 774 nəfər ölüb. Xəstəliyə 8100 nəfərə yoluxub.