Koronavirusa görə pul mükafatı veriləcək


Dünya 27 Fev 2020 12:38:21 114 0

Koronavirusa görə pul mükafatı veriləcək

Koronavirus aşkar edildiyi təqdirdə pul mükafatı veriləcək

© google.az

Çinin Hubey əyalətinin bir milyon əhalisi olan Syantszyan şəhərində koronavirusa yoluxduğu barədə məlumat verənşəxsə 1 400 ABŞ dolları mükafat veriləcək.

“Report” NTV-yə istinadən xəbər verir ki,Syantszyan şəhərində 194 nəfərdə koronavirus infeksiyası qeydə alınıb. Bununla əlaqədar şəhər rəhbərliyi virusun qarşısını almaq üçün pul mükafatı kimi müxtəlif metodlara əl atır.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 807nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 221-dən çoxdur.