Azərbaycanda qara qar yağdı FOTO


Digərləri 27 Fev 2020 11:46:00 165 0

Azərbaycanda qara qar yağdı  FOTO

Quba rayonuna qara qar yağıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, təbiət hadisəsi Təngəaltı kəndində qeydə alınıb. 

Belə ki, ötən gün kəndə yağan qar ağ deyil, sakinlərin dili ilə desək, qara rəngdə yağıb. 

Onların sözlərinə görə, axşam saatlarından başlayan yağıntı daha sonra öz rəngini dəyişib. Səhər saatlarında isə qarın fərqli rəngdə olduğu müşahidə edilib.