Maas İranı dərhal BHFPnin tam icrasına qayıtmağa çağırıb


Dünya 27 Fev 2020 09:26:00 146 0

Maas İranı dərhal BHFPnin tam icrasına qayıtmağa çağırıb

Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) İranın nüvə silahı əldə etməyəcəyinə zəmanət verən ən yaxşı mexanizm olaraq qalır, Tehran dərhal onun icrasına qayıtmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.

H.Maas bildirib: "Biz İrandan öz öhdəliklərini tam yerinə yetirməsini gözləyirik. Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə silahı əldə etməyinin qarşısını alan ən yaxşı və yeganə potensial vasitə olaraq qalır".

Nazir əlavə edib ki, Avropa BHFP-nin saxlanılmasında öz rolunu oynayır: "Lakin İran da eyni şeyi etməlidir və dərhal öhdəliklərin tam icrasına qayıtmalıdır".