A vitamini çatışmasa bədənimizdə nələr baş verər?


Digərləri 26 Fev 2020 23:07:00 140 0

A vitamini çatışmasa bədənimizdə nələr baş verər?

Vitaminlərin sağlamlığımıza təsirləri olduqca çoxdur. A vitamini də bunlardan biridir. İti görmənin, sağlam qığırdaq və sümükllərin, hamar dərinin memarı məhz A vitaminidir.

Son.az sherg.az-a istinadən bildirir ki, bir çox qidada olan bu vitaminin çatışmazlığı xüsusilə böyümə çağı və hamiləlik dövründə ciddi problemlərə yol aça bilər. Bəs, kafi səviyyədə A vitamini almasaq bədənimizdə nələr baş verər? A vitamini çatışmazlığının əlamətləri nələrdir? A vitamini ehtiva edən qidalar hansılardır?

A vitamini çatışmazlığını göstərən ən əhəmiyyətli əlamətlərdən biri qeyri-kafi gözyaşı ifrazı, yəni quru göz sindromudur. Əgər bu narahatlıq uzun müddət davam etsə, görmə qabiliyyətinin itməsinə yol aça bilər.

Qadınlar hamilə qalmaqla əlaqədar problem yaşayırlarsa, demək A vitamini anbarlarına mütləq nəzarət edilməlidir. A vitaminindən zəngin qidalanmaq həm kişilərin, həm də qadınların reproduktiv sağlamlığına müsbət təsir edir.

A vitamini dəri toxumasını "təmir" etmə gücünə malikdir. Əgər bu vitamin çatışmazlığı varsa, dəridə sızanaqlar əmələ gəlir və həddindən artıq yağlanmaya səbəb olur.

Əgər dərinizdəki yaraların geç sağaldığını fərq edirsinizsə kök, portağal, süd və qırmızı ət kimi A vitamini ehtiva edən yeməkləri nə qədər istehlak etdiyinizi bir daha nəzərdən keçirin.