Yunan adalarında fövqəladə vəziyyət


Dünya 26 Fev 2020 21:51:00 113 0

Yunan adalarında fövqəladə vəziyyət

Yunanıstanın Lesbos və Xios adalarında polislə etirazçılar arasında münaqişələr səngimir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, etirazçılar adalarda miqrantlar üçün qapalı tipli düşərgələrin inşa edilməsinə sərt şəkildə qarşı çıxırlar. Lesbos adasında baş verənləri "partizan müharibəsi" də adlandırırlar.

Adaların hökumət nümayəndələri düşərgələrin məhz sakinlərin təhlükəsizliyi, koronavirusa yoxluxmamaları üçün inşa olunduğunu bəyan etsələr də, yerli sakinlər buna kəskin reaksiya verir, bəzi yerlərdə polisə qarşı zorakılıq edirlər. Artıq adalara xüsusi təyinatlı polis dəstələri göndərilib.

Qeyd edək ki, ötən gün sözügedən adalarda polislə yerli sakinlər arasında qarşıdurma yaşandığı barədə məlumat vermişdik.