İranda koronavirusla əlaqədar 24 nəfər saxlanılıb


Dünya 26 Fev 2020 18:39:00 105 0

İranda koronavirusla əlaqədar 24 nəfər saxlanılıb

İranda sosial şəbəkələrdə koronavirusla əlaqədar şayiələr yayan 24 nəfər saxlanılıb, 118 nəfərə isə xəbərdarlıq olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın kiber polisinin rəisi Vəhid Məcid deyib.

V.Məcidin sözlərinə görə, koronavirusla əlaqədar sosial şəbəkələrdə şayiələr yayanlarla mübarizə adı altında işçi qrupu yaradılıb.

O, əlavə edib ki, həmin şəxslər ictimaiyyətdə təşviş yaratmaqla məşğul olublar.