Ağdamda evdən 27,360 dollar oğurlanıb


Digərləri 26 Fev 2020 18:19:00 135 0

Ağdamda evdən 27,360 dollar oğurlanıb

Ağdam rayonu ərazisindəki evlərin birindən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki evlərin birindən 27,360 dolları oğurlamaqda şübhəli bilinən İmamqulubəyli kənd sakini, əvvəllər məhkum olunmuş S.Əliyev saxlanılıb.