İranda koronavirusa görə 24 nəfər həbs olundu


Dünya 26 Fev 2020 17:46:25 138 0

İranda koronavirusa görə 24 nəfər həbs olundu

İran kiberpolisinin rəhbəri: "Hazırda kiberpolis internetdə yayımlanan materialların, o cümlədən video, xəbər və fotoşəkillərin yalan məlumat olması predmeti üzrə ətraflı monitorinq aparır"

“İranın hüquq-mühafizə orqanları ölkədə koronavirus barədə bilərəkdən yalan məlumat yaymaqda şübhəli bilinən 24 nəfəri həbs edərək məhkəmə orqanlarına təhvil verib”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İran kiberpolisinin rəhbəri Vahid Məcid deyib.

Onun sözlərinə görə, hazırda kiberpolis internetdə yayımlanan materialların, o cümlədən video, xəbər və fotoşəkillərin yalan məlumat olması predmeti üzrə ətraflı monitorinq aparır.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda 139 koronavirusa yoluxma halı qeydə alınıb, 19 nəfər virusdanölüb.