Gəmidə koronavirusa yoluxanların sayı 700-ü ötdü


Dünya 26 Fev 2020 17:37:29 99 0

Gəmidə koronavirusa yoluxanların sayı 700-ü ötdü

“Diamond Princess” gəmisində daha bir neçə nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

© google.az

Yaponiyada karantinə alınan “Diamond Princess” gəmisində daha 14 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Beləliklə, kruiz gəmisində epidemiyaya yoluxanların sayı 705-ə çatıb.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 770 nəfərdir. Virus daşıyıcılarının sayı isə 81 278-dən çoxdur.