Bakıda yaşayış binasında yanğın olub


Digərləri 26 Fev 2020 07:00:00 103 0

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 155 m² olan 3 otaqlı mənzilin eyvanında plastik üzlükdən ibarət dolab və içərisinə yığılan əşyalar 1 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.