Misirin Natrun Vadisi monastırının UNESCOnun Dünya İrsi Siyahısına daxil edilməsi barədə müraciət edilib


Digərləri 26 Fev 2020 02:30:00 115 0

Misirin Natrun Vadisi monastırının UNESCOnun Dünya İrsi Siyahısına daxil edilməsi barədə müraciət edilib

Misir qədim mədəniyyət abidələrindən daha birinin - Natrun Vadisi monastırının UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı müraciət edib. Bundan əvvəl ölkənin yeddi tarixi-mədəniyyət abidəsi bu siyahıya salınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, monastırın aid olduğu İsgəndəriyyənin Əbu Mena məskəni 1979-cu ildə Dünya İrsi Siyahısına daxil edilib. Bu müqəddəs xristian şəhəri eramızın 296-cı ilində vəfat etmiş Müqəddəs Menanın sərdabası ətrafında salınıb.

Həmin ildə Tebes və Memfis nekropolları, Əbu Simbeldəki Nubian heykəlləri, Qahirənin tarixi hissəsi, Müqəddəs Katerin monastırı, Cənubi Sinaydakı İbrahim dağı da siyahıya salınıb. Bundan başqa, Fəyyumda yerləşən və balinaların qalıqlarının olduğu Balina Vadisi də təbiət abidəsi kimi UNESCO-nun siyahısındadır.

Misirin Mədəniyyət və Turizm Nazirliyi artıq zəruri prosedurlara başlayıb. Qeyd olunub ki, Vatikan 2018-ci ildə Natrun Vadisini müqəddəs ziyarət məkanı kimi tanıyıb. Belə ki, Kral Herodun təqibindən qaçan Müqəddəs Ailənin məhz burada sığınacaq tapdığı bildirilir.