Ən yaxşı ekran hansı telefondadır?


Digərləri 25 Fev 2020 22:20:00 157 0

Ən yaxşı ekran hansı telefondadır?

"Hazırda Samsung-un ən diqqətçəkici telefonu Galaxy Z Flip-dir" desək, yanılmarıq. Ancaq ekran texnologiyası mütəxəssisləri fərqli düşünürlər.

Son.az ted.az-a istinadən bildirir ki, mütəxəssislər Galaxy S20 Ultra telefonuna şirkət rəsmilərini qürurlandıracaq bir bal veriblər.

Bir qayda olaraq cihazlardakı ekranları xüsusi diqqətlə təhlil edən DisplayMate saytı Galaxy S20 Ultra-ya "Ən yaxşı "ağıllı" telefon ekranı" mükafatı verib.

Saytın mütəxəssislərinin gəldiyi nəticəyə görə, telefonun ekranı parlaqlıqdan tutmuş rəng keyfiyyətinə qədər 12 fərqli rekordu ya təkrarlayıb, ya da qırıb.