Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlandı


Digərləri 25 Fev 2020 19:32:00 126 0

Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlandı

2020-ci ilin yanvarında Azərbaycandan Türkiyəyə 54 788 turist səfər edib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 16,83 faiz çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 3,07 faiz təşkil edib.

2020-ci ilin yanvarında Türkiyəyə 1,787 milyon turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 16,11 faiz çoxdur.