“Aramızda yaşayır, ad və soyadı var”


Digərləri 25 Fev 2020 20:15:00 144 0

“Aramızda yaşayır, ad və soyadı var”

Şeytan bir çox din və mifologiyada insanları günahlara sürükləyən, ədalətsiz və pisliyi, o cümlədən azadlığı təmsil edən ruhani varlıqdır. Əfsanələrin hamısında Şeytan fövqəltəbii gücə sahib və allahlara qarşı azadlıq mübarizəsi aparan üsyankardır. Bütün bunlara baxmayaraq, bu ruhani varlığa inanan inanclar və cərəyanlar, o cümlədən Satanizm kimi dinlər də mövcuddur. Lakin əksər miflərdə o, insan bədəninə bürünmüş pislikdir.

Son.az teleqraf.com-a istinadən Şeytanla bağlı maraqlı məlumatları təqdim edir.

Bu mifoloji varlıq hər nə qədər miflər və dinlərdə özünə həyat tapsa da, 2017-ci ildə Roma papasının dilə gətirdiyi iddia marağa səbəb oldu. Vatikan üzrə mütəxəssislər Papa Fransiskin Şeytanla bağlı iddiasının katoliklər üçün də təəccüblü ola biləcəyini deyirlər. Papa allahların lənətlədiyi bu varlığın duman formasında yox, insan cildində real bir varlıq olduğunu iddia etdi. Fransiskin "Şeytanla dialoqa girsəniz, yoxa çıxarsınız, o, bizdən daha ağıllıdır", sözləri də kifayət qədər maraqlıydı.

"Şeytanın ad və soyadı var, realdır"

"Şeytan pisliyin əlamətidir. Milandakı duman kimi deyil, yayıla bilən bir şey deyil, real insandır", - deyən Papa insanlara onunla dialoqa girməməyi tövsiyə etdi:

"Qəti şəkildə əmin olduğum bir şeyi demək istəyirəm, Şeytanla dialoqa girmək olmaz, əks təqdirdə yoxa çıxacaqsınız. O, bizdən daha ağıllıdır, sizi alt-üst edər, başınıza fırlayaraq yoxa çıxarsınız".

Fransisk Şeytanın ad və soyadının da olduğunu dilə gətirdi, bundan da əmindir. Habelə, onun mədəni olduğu qənaətindədir:

"Əgər baş verənləri vaxtında duymasanız, sonu pis ola bilər".

İslam və yəhudi din adamları kimi Papa Fransisk də bundan əvvəl bir neçə dəfə Şeytandan söz açmışdı:

"Yeni nəsillər Şeytanın bir mif və fiqur, yaxud bir düşüncə, pisliyi təmsil edən fikir olduğuna inandırılıb. Amma Şeytan var və onunla mübarizə aparmalıyıq".

Papa 2013-cü ildə Vatikan kilsəsində xəstə bir nəfərin başına toxunaraq dua etmiş və bu dua "Şeytan çıxarma" ayini kimi yozulmuşdu.

Şeytanın məzarları

Yazıçı, bioloq, kriptozoloq İvan Sandersonun 1972-ci ildə yazdığı "Şeytanın yer üzündəki 12 məzrarı" adlı məqalə həmin il "Saga" jurnalında yayımlandı. Anderson məqaləsində insanların uzun illərdir sirli şəkildə yoxa çıxan dünyanın 12 bölgəsinə dair faktları göz önünə sərdi. Beləliklə uzun illər davam edəcək mübahisələrin fitilini yandırdı. Bu 12 bölgənin hər biri insanların müəmmalı şəkildə yox olduğu, fenomenal hadisələrin baş verdiyi məkanlardır. Anderson həmin bölgələrdə Şeytanın məzarlarının yerləşdiyini deyirdi.

Mohenjo-daro - Pakistan

Pakistan sərhədləri içində yerləşən Hind çayı vadisində vaxtilə bir sivilizasiya vardı. İsadan əvvəl XXVI-XIX əsrlər arasında 700 il hökmranlıq edən bu mədəniyyətin adı Mohenjo-daro idi.

Bermud - "Şeytan üçbucağı"

Sirli bölgələr arasında adı ən çox eşidilən və çəkiləndir. Bermud Üçbucağı insanları sirli və faciəli şəkildə yoxa çıxması ilə məşhurluq qazanıb. Burada baş berənlər haqda irəli sürülən nəzəriyyələrin say-hesabı yoxdur.

Hamakuliya vulkanı - Havay adaları

Havay adlarının cənub-şərqində yerləşən bu sualtı vulkanın yaxınlığında bu günə qədər çox sayda gəmi və təyyarənin yoxa çıxdığı iddia edilib.

Əlcəzair Maqalitləri (Daş abidələr)