Ali məhkəmənin altı hakimi donuz qripinə yoluxdu


Dünya 25 Fev 2020 18:20:00 146 0

Ali məhkəmənin altı hakimi donuz qripinə yoluxdu

Hindistan Ali məhkəməsinin altı hakimi donuz qripinə yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, xəstəliklə əlaqədar məhkəmədə keçirilməli olan bir sıra dinləmələr təxirə salınıb.

Qrip olan hakimlərdən biri əvvəlcə işə gəlsə də, daha sonra iclası təxirə salmalı olub.

Qeyd olunur ki, Ali məhkəmənin digər hakimləri və əməkdaşları donuz qripinə qarşı peyvənd olunacaq.