İranın cənubunda zəlzələ oldu


Dünya 25 Fev 2020 16:26:00 124 0

İranın cənubunda zəlzələ oldu

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Laft adasında 4,1 bal gücündə zəlzələ olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ 9 km dərinlikdə qeyd alınıb. Dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində 109 nəfər yaralanıb.