Dörd minə yaxın qadın öldürüldü


Dünya 25 Fev 2020 15:21:00 139 0

Dörd minə yaxın qadın öldürüldü

Meksikada ötən ilin yanvar ayından bəri 3960 qadın həyatını itirib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Ekatepek de Morelos şəhərində ötən gün 2 qadının naməlum şəxslər tərəfindən öldürülməsindən sonra bu ilin əvvəlindən bəri öldürülən qadın sayı 135-ə çatıb.

Ölkədə qadınlara qarşı zorakılığın artmasına etiraz olaraq fevralın 14-dən paytaxt Mexikoda nümayişlər başlayıb.

Qeyd edək ki, Meksika Latın Amerikasında qadın cinayətlərinin ən çox baş verdiyi lider ölkədir.