Bakıda polisin qətli ilə bağlı TƏFƏRRÜAT:


Digərləri 25 Fev 2020 12:00:00 233 0

Bakıda polisin qətli ilə bağlı TƏFƏRRÜAT:

Ötən gecə Bakının Nərimanov rayonunda öldürülən Daxili İşlər orqanlarının 31 yaşlı zabiti Anar Ramazanov Polis Akademiyasının kursantı olub.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Anar Ramazanovun qətlində iştirak etməkdə şübhəli bilinən qardaşı 28 yaşlı Araz Ramazanov tutulub.

İstintaq zamanı məlum olub ki, Anar Nəsimi rayonu 19-cu Polis Bölməsində sürücü işləyib və eyni zamanda, Polis Akademiyasının ikinci kurs tələbəsi olub.

Bildirilir ki, ötən gecə ərazi patrul polisləri onun qan içində küçəyə qaçdığını görüblər. Anar onlara bıçaqla özünü yaraladığını deyib. Lakin Ramazanovun qonşuları polislərə onun kiçik qardaşının bu işdə əli olduğunu bildiriblər.

Araz Ramazanov qardaşını sinəsindən bıçaqlayıb. 18-ci Polis Bölməsinin əməliyyatçıları şübhəli şəxsi tutublar.