20 Yanvar qırğınının əsas baiskarlarından biri də öldü


Dünya 25 Fev 2020 10:40:17 114 0

20 Yanvar qırğınının əsas baiskarlarından biri də öldü

SSRİ-nin sabiq Müdafiə naziri Dmitri Yazov vəfat edib.

Dmitri Yazov

Keçmiş SSRİ-nin sabiq müdafiə naziri, marşal Dmitri Yazov vəfat edib.

“Report” xəbər verir ki, o, 95 yaşında Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, Dmitri Yazov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridilməsində, eləcə dədinc əhaliyə qarşı törədilən qırğına rəhbərlik edən əsasşəxslərdən biri olub.

Xatırladaq ki,D.Yazov 1924-cü ildə Rusiyanın Omsk quberniyasında anadan olub, 1987-ci ildə SSRİ-nin müdafiə naziri təyin edilib. O, SSRİ-nin dağılmasından sonra həbs edilib, lakin 1994-cü ildə aministiyaya düşüb. D.Yazov SSRİ-nin sonucu müdafiə naziri və marşalıdır.