“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib


Digərləri 25 Fev 2020 08:21:00 136 0

“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

"Qualcomm" şirkəti üçüncü nəsil "5G" modemini ("Snapdragon X60") təqdim edib. Bu, həm "mmWave", həm də "Sub-6 Ghz" şəbəkələrini dəstəkləyən 5 nm-lik ilk "5G" modemdir.

Son.az ictnews.az-a istinadən bildirir ki, yeni modem 7,5 Qbit/s-dək DL sürəti və 3 Qbit/s-dək UL sürəti təmin edir. "X60" modemi "5G"-nin qlobal dəstəyi üçün TDD və FDD şəbəkələrində işləyir. Bundan başqa, sözügedən modem "4G LTE" şəbəkələrini, həmçinin köhnə "3G" və "2G" şəbəkələrini dəstəkləyir.

Yeni modemin ən böyük üstünlüyü onun ölçüsüdür (5 nm).

Yeni radio standartı (VoNR) üzrə səsin ötürülməsi daha bir yeni funksiyadır. Bu funksiya "5G" şəbəkələrində avtonom yüksək keyfiyyətli səs rabitəsini təmin edir.