“Xiaomi” 100 ən innovativ şirkətlər siyahısına daxil edilib
Digərləri 25 Fev 2020 08:25:00 125 0
"Clarivate Analytics Plc." şirkətinin hesabatına əsasən, "Xiaomi" ikinci dəfə dünyanın 100 ən innovativ şirkətləri siyahısına daxil edilib. Reytinq ən böyük şirkətlərin innovativ potensialı əsasında tərtib edilir. Son.az ictnews.az-a istinadən bildirir ki, "Derwent Top 100 Global Innovators 2020" reytinqi 14 ölkənin nümayəndəsi tərəfindən hazırlanır. Bu il sözügedən reytinqə Çinin 3 şirkəti daxil edilib. Mobil qurğu və elektronika sahəsində 38 təşkilat liderlik edir ki, bu da 2019-cu illə müqayisədə daha çoxdur. Xatırladaq ki, ötən il "Xiaomi" şirkəti ilk dəfə "Fortune Future 50" və "Fortune Global 500" reytinqlərinə daxil edilib. Son.az
Mənbə: milli.az