Türkiyə və Böyük Britaniya Müdafiə Nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər


Dünya 25 Fev 2020 07:45:00 139 0

Türkiyə və Böyük Britaniya Müdafiə Nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər

Türkiyənin Müdafiə Naziri Hulusi Akar ingilis həmkarı Ben Uolles ilə Suriyanın İdlibindəki vəziyyəti müzakirə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"Nazirimiz İngiltərə Müdafiə naziri Ben Uollas ilə telefon danışığı keçirib. Nazirlər, ilk növbədə İdlib mövzusunda fikir mübadiləsi aparıblar. Bundan əlavə, müdafiə, təhlükəsizlik və müdafiə sənayesi mövzuları da müzakirə edilib" - Nazirliyin məlumatında deyilir.