Avropa Məhkəməsi Yunanıstanda qapalı qaçqın düşərgələrini inşa etməyə icazə verib


Dünya 24 Fev 2020 23:00:00 130 0

Avropa Məhkəməsi Yunanıstanda qapalı qaçqın düşərgələrini inşa etməyə icazə verib

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Yunanıstanda qapalı tipli düşərgələrin inşa olunmasını qadağan etmir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məhkəmənin sədri Linos-Aleksandr Sitsilianos məlumat verib.

O deyib ki, Avropa İnsan Hüquqları Konvensiyasının insan hüquqları barədə 5-ci maddəsinə əsasən bu tipli düşərgələrdən istifadə etmək olar.

Qeyd edək ki, Yunanıstan hökuməti Egey adalarında yerli əhalinin narazılığı ilə əlaqədar müvəqqəti qapalı tipli düşərgələrin inşasını dayandırıb. Hökumət Lesbos, Xios, Leros və Kos adalarında düşərgələri mühafizəli qapalı tipli düşərgələrlə əvəz etmək niyyətindədir. Artıq bu məqsəd üçün torpaq sahələri də ayrılıb.