Almaniyada yaralıların sayı artdı - YENİLƏNİB - FOTO


Dünya 24 Fev 2020 21:50:00 132 0

Almaniyada yaralıların sayı artdı - YENİLƏNİB - FOTO

Almaniyanın Hessen əyalətinin Folkmarzen şəhərində naməlum sürücü avtomobilini karnaval iştirakçılarının üzərinə sürüb.

Almaniyanın Volkmarzen şəhərində naməlum sürücünün avtomobili karnaval yürüşü iştirakçılarını əzməsi nəticəsində xəsarət alanların sayı 30-a çatıb.

“Report” “Bild”ə istinadən xəbər verir ki, onların üçdə birinin vəziyyəti ciddidir.

Polisdən bildirilib ki, sürücü bilərəkdən avtomobili insanların üzərinə sürüb: “Lakin, bu terror aktı deyil”.

19:23***

Almaniyanın Hessen əyalətinin Folkmarzen şəhərində naməlum sürücü avtomobilini karnaval iştirakçılarının üzərinə sürüb.

“Report” ARD-yə istinadən xəbər verir ki, nəticədə azı 10 nəfər xəsarət alıb.

Xəsarət alanlar arasında uşaqlar da var.Polisin məlumatına görə, sürücü saxlanılıb.