Gürcüstan hökuməti parlamentin Kutaisi şəhərindəki binasını satışa çıxarır


Dünya 24 Fev 2020 21:51:00 143 0

Gürcüstan hökuməti parlamentin Kutaisi şəhərindəki binasını satışa çıxarır

Gürcüstan hökuməti parlamentin Kutaisi şəhərindəki binasını satışa çıxarır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri Giorgi Qaxaria məlumat verib.

Onun sözlərinə görə, binanın satışı ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məşğul olacaq.

"Kutaisi tezliklə böyük elm-təhsil mərkəzinə çevriləcək və parlamentdən daha böyük əhəmiyyətə malik olacaq", - deyə Qaxaria vurğulayıb.

Hökumət başçısı deyib: "İnanıram ki, bina satıldıqdan sonra yeni təyinat alacaq və iqtisadi cəhətdən daha cəlbedici olacaq".