Nazirlik Bakıda ağac kəsintisi faktı ilə bağlı araşdırma apardı


Digərləri 24 Fev 2020 21:20:00 136 0

Nazirlik Bakıda ağac kəsintisi faktı ilə bağlı araşdırma apardı

Bakının Xətai rayonu Rahib Məmmədov və General Şıxlinski küçələrində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən qanunsuz zəbt edilərək primitiv üsulla metal torlarla hasarlanmış bağ sahələrinin ətrafındakı metal torların Bakı Şəhər və Xətai Rayon İcra Hakimiyyətləri tərəfindən söküldüyü məlum olub.

Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib.