İrandan gələn daha iki nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirildi


Digərləri 24 Fev 2020 21:08:00 136 0

İrandan gələn daha iki nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirildi

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlər haqqında birgə məlumat yayıb.

Trend-ə daxil olan məlumatda bildirilir:

"Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 2 nəfərin yerləşdirilməsi barədə artıq məlumat verilib. Hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Heç bir şikayətləri yoxdur. Həkim müşahidələri davam edir. İrandan Azərbaycanın Astara rayonuna gələn daha iki nəfər isə xüsusi ayırılmış tibb müəssəsinə yerləşdirilib.

Onlar 1983-cü il təvəllüdlü Xaçmaz və 1981-ci il təvəllüdlü Quba rayon sakinləridir. Hər iki şəxs İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir qədər yüksək olub. Bu səbəbdən də onlar həkim müşahidəsi üçün xüsusi ayrılmış tibb müəssisəsinə yerləşdiriliblər. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir".