Ölümdən dönən əməkdar artist xalqa səsləndi: “Mənim adımdan istifadə edib pul yığırlar”


Şou-biznes 24 Fev 2020 17:54:00 148 0

Ölümdən dönən əməkdar artist xalqa səsləndi: “Mənim adımdan istifadə edib pul yığırlar”

ARB TV-nin "Ona qalsa" verilişində əməkdar artist Rəhman Rəhmanovla telefon bağlantısı yaradılıb. Son.az xəbər verir ki, ağır koma vəziyyətində xəstəxanaya gəlməsindən danışan əməkdar artist hazırda səhhətinin qismən düzəldiyini, yaxın günlərdə yenidən əməliyyata girəcəyini bildirib: "Artıq əməliyyat olunmuşam, ikinci əməliyyat da gözlənilir. Heç nədən xəbərim olmayıb, məni komada gətiriblər. Sağ olsun həkimlər məni dirildib, dünyaya yenidən gətiriblər. Mənə maddi dəstəkdən daha çox xalqın mənəvi dəstəyi lazımdır. Sənət camiyəsindən də gəlib-gedirlər yanıma. Eşitmişəm ki, mənim adımdan istifadə edib pul yığırlar. Hamıya səslənirəm ki, pul zad yığmasınlar, maddi dəstəyə ehtiyacım yoxdur. Bir nəfər şəxs çox israrla köməklik etdi, böyük köməklik etdi, amma mən xahiş edirəm ki, belə şeylər etməsinlər. Mənə kömək edən insanlara, həkimlərə həyatımı borcluyam, məni xilas etdilər".

Son.az