Martın 1-dən bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq


Dünya 24 Fev 2020 15:22:35 169 0

Martın 1-dən bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq

Qərbi Avropa ölkəsində ictimai nəqliyyat pulsuz olacaq.

© google.az

Qərbi Avropa ölkəsi olan Lüksemburqda martın 1-dənetibarən ictimai nəqliyyat pulsuz olacaq.

“Report” NTV-yə istinadən xəbər verir ki, bu tətbiqə qatar, tramvay və avtobuslar şamil ediləcək.

Beləliklə, Lüksemburq ictimai nəqliyyatın pulsuz olduğu ilk ölkə olacaq.

Ölkə rəhbərliyi bunu nəqliyyat sıxlığının azalması və karbon qazı nisbətinin düşməsi məqsədilə tətbiq edir.

Qeyd edək ki, ictimai nəqliyyatın pulsuz edilməsi 2018-ci ildən bəri planlaşdırılır. Bu tətbiq ölkəyə illik 41 milyon avroya başa gələcək.