Özünü jurnalist kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs tutuldu


Digərləri 24 Fev 2020 14:15:00 132 0

Özünü jurnalist kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs tutuldu

Hacıqabulda vətəndaşları şantaj edən şəxs saxlanılıb.  

Son.az APA-ya istinadən xəbər verir ki, ayrı-ayrı vətəndaşlar rayon polis şöbəsinə müraciət edərək şantaja məruz qaldıqlarını bildiriblər.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şirvan sakini, 1958-ci il təvəllüdlü İlham Rəsul oğlu Həsənov saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, İ.Həsənov özünü "dogruxeber.com" saytının əməkdaşı kimi təqdim edərək vətəndaşları şantaj edib və onlardan böyük məbləğdə pul tələb istəyib.