"AzerGold" milyon unsiyaya yaxın gümüş ehtiyatı olan sahəni istifadəyə verəcək


Digərləri 24 Fev 2020 14:05:06 144 0

"AzerGold" milyon unsiyaya yaxın gümüş ehtiyatı olan sahəni istifadəyə verəcək

"AzerGold" QSC 2024-cü ildə Çovdar yatağında yerüstü (sulfid) mərhələ çərçivəsində hasilatı işə salmağa planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Çovdar yatağında sulfid mərhələsi üzrə təsdiq olunmuş ehtiyatlar 350 min unsiya qızıl və 925 min unsiya gümüşə bərabərdir.

Z.İbrahimovun sözlərinə görə, hazırda bu istiqamətdə əlavə qazma işləri başa çatdırılıb və indi ehtiyatların hasil olunmasının səmərəliliyi dəyərləndirilir.