“AzerGold” bir neçə qızıl sahəsini istifadəyə verəcək


Digərləri 24 Fev 2020 13:32:00 145 0

“AzerGold” bir neçə qızıl sahəsini istifadəyə verəcək

"AzerGold" QSC 2021-ci ildə şirkətin geoloqları tərəfindən aşkar olunmuş "Ağyoxuş" və "Marax" sahələrini istifadəyə verməyə planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Ağyoxuş" sahəsinin ehtiyat potensialı 40 min unsiya həcmində qiymətləndirilir. Hazırda layihə çərçivəsində hasilatın aparılması üçün mədənin dizaynı hazırlanır.

"Marax" sahəsindəki ilkin kəşfiyat işləri də müsbət nəticə verib. Hazırda sahənin qızıl potensialının dəqiqləşdirilməsi üçün əlavə kəşfiyyat işləri aparılır.