"Valideyn yazır ki, Elnarə, zəhmət olmasa, Tuğərə de, Raulnan işi olmasın"


Şou-biznes 24 Fev 2020 13:35:00 150 0

"Valideyn yazır ki, Elnarə, zəhmət olmasa, Tuğərə de, Raulnan işi olmasın"

Müğənni Elnarə Xəlilova İTV-də yayımlanan "Fatehin divanı" verilişində qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, o, proqram zamanı övladları ilə bağlı sualları cavablandırıb.

Sənətçi dörd uşaq böyütməyin çətin olduğunu söyləyib:

"Üç "WhatsApp" qrupundayam. Hərə bir söz yazır. Bir də gördüm böyük bir abzas: Valideyn yazır ki, Elnarə, zəhmət olmasa, Tuğərə de, Raulnan işi olmasın. Bir-birlərinə sataşırlar, vururlar. Beşinci sinifdirlər. Onları başa düşürəm. Lakin biz valideynlər bir-birimizə şikayət etməkdən yorulmuşuq".

E.Xəlilova tətil planları ilə bağlı isə bunları deyib:

"Yayda uşaqlar tətilə çıxandan sonra Rövşənlə istirahət planları qururuq ki, uşaqlar dincəlsin. Uşaqlar dincəlir, biz isə bunu sadəcə təsəvvür edirik".