Azərbaycan və İran arasında sərhədkeçid məntəqəsi işini davam etdirir


Digərləri 24 Fev 2020 13:03:17 160 0

Azərbaycan və İran arasında sərhədkeçid məntəqəsi işini davam etdirir

İran və Azərbaycan arasında Biləsuvar sərhəd-keçid məntəqəsi sərhəd fəaliyyətini davam etdirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Biləsuvar gömrük idarəsinin direktoru Ramin Zəhiri deyib.

Onun sözlərinə görə, yeni koronavirusun daşıyıcılarının müəyyənləşdirilməsi üçün iki ölkənin sərhəd-keçid məntəqələrində birgə əməkdaşlıq aparılır.

Zəhiri əlavə edib ki, Biləsuvar sərhəd terminalında avtobus, minik avtomobilləri və sərnişinlərin keçidi davam edir.

İranlı gömrük rəsmisi koronavirus nəticəsində Biləsuvar gömrüyünün bağlanması ilə əlaqədar şayiələri təkzib edib.