Türkiyə yenə silkələndi
Dünya 24 Fev 2020 11:35:15 128 0
Türkiyənin qərbindəki Manisa vilayətində Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ olub.
Son.az Trend-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Akhisar rayonunun ərazisində yerin 7 kilometrlik dərinliyində qeydə alınıb.
Yeraltı təkanlar İzmir, Balıkesir və Bursa vilayətlərində də hiss olunub.
Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilərin olması barədə məlumat verilməyib.
Mənbə: milli.az