Qızılın qiyməti son 7 ilin rekordunu vurub


Digərləri 24 Fev 2020 11:28:00 161 0

Qızılın qiyməti son 7 ilin rekordunu vurub

Qızılın 1 unsiyasının qiyməti 2,2% artaraq 1 679,7 ABŞ dollarına çatıb ki, bu da 2013-cü ilin fevral ayından etibarən ən yüksək qiymətdir.

Son.az APA-ya istinadən xəbər verir ki, bunun əsas səbəbləri kimi koronavirusun yayılması və sözügedən virusun qlobal iqtisadiyyata zərər verəcəyinə dair artan narahatlıqdır.

Qeyd edək ki, ötən həftə ərzində qızıl 3,8% bahalaşıb.