Pakistanda partlayış oldu, ölən və yaralananlar var


Dünya 24 Fev 2020 10:53:02 147 0

Pakistanda partlayış oldu, ölən və yaralananlar var

Onlardan 1 nəfər yerindəcə, digərləri xəstəxanaya yerləşdirilərkən həyatlarını itirib

© google.az

Pakistanın Kvetta əyalətində təbii qaz daşıyan avtomobil partlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Onlardan 1 nəfər yerindəcə, digərləri xəstəxanaya yerləşdirilərkən həyatlarını itirib.

Partlayışın dəqiq səbəbi hələlik məlum deyil.