Səhiyyə Nazirliyindən koronavirusla bağlı VACİB AÇIQLAMA


Digərləri 24 Fev 2020 10:08:00 146 0

Səhiyyə Nazirliyindən koronavirusla bağlı VACİB AÇIQLAMA

Azərbaycanda hazırda koronavirusla bağlı vəziyyət stabildir. Heç bir şübhəli hal yoxdur.

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.

Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam nəzarət altındadır: "Şayiələr yayılsa da, bununla bağlı rəsmi açıqlama verilib. Əgər belə bir hal baş verərsə, rəsmi orqan məlumat yayar. Amma indi heç bir şübhəli hal yoxdur"