Böyük Britaniyada koronavirusa yoluxanların sayı artıb


Dünya 24 Fev 2020 08:21:00 138 0

Böyük Britaniyada koronavirusa yoluxanların sayı artıb

Böyük Britaniyada yeni növ koronavirusa yoluxanların sayı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, Yaponiyada "Diamond Princess" kruiz gəmisindən təxliyə edilən 32 nəfərdən 4-də yeni növ koronavirus aşkar edilib.

Ümumilikdə ölkədə yeni növ koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün Böyük Britaniya Yaponiyanın İokoqama limanında olan "Diamond Princess" kruiz gəmisindən 32 öz və Avropa ölkələrinin vətəndaşını təxliyə edib.