İranda zəlzələ baş verib


Dünya 24 Fev 2020 08:24:00 150 0

İranda zəlzələ baş verib

İranda 4,6 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ravar şəhərindən 29 kilometr şimal-qərbdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi öz növbəsində bildirir ki, zəlzələnin manitudası 4,9 bal olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.